7P Nədir?

Awesome Image

7P Nədir?

Marketinqin 7P modeli məhsul, qiymət, məkan, təqdimat, insanlar, proses və fiziki sübut kimi elementlərdən ibarətdir. Bu elementlər şirkətin məhsul və xidmətlərini effektiv şəkildə təqdim etməsi üçün lazım olan bütün aspektləri əhatə edir.

📦 Məhsul (Product) - Məhsul, ehtiyac və ya tələblərə uyğun olaraq istehsal olunan və irəli sürülən bir şeydir.
🏷️ Qiymət (Price) - İstehlakçının təklif etdiyiniz məhsul və ya xidmət üçün ödəməyə hazır olduğu məbləği müəyyən edir.
📍 Məkan (Place) - Şirkətin məhsul və ya xidmətini hədəf auditoriyasına çatdırdığı kanaldır.
🎞️ Təqdimat (Promotion) - Hədəf auditoriyaya doğru zamanda doğru mesajla çatmağı nəzərdə tutur.
👥 İnsanlar (People) - Şirkətin xidmət göstərməsində rol oynayan ən mühüm elementlərdən biridir.
🏡Fiziki imkanlar (Physical Evidence) - Müştərilərə məhsul və ya xidmət haqqında inam verən maddi elementlərdir.
🔄Proses (Process)- Məhsul və ya xidmətin çatdırılmasında istifadə olunan əməliyyatlar, metodlar və sistemlər aiddir.